Lüdviq van Bethoven haqqında məlumat | Həyat və yaradıcılığı

Bethoven kimdir?

Dahi alman bəstəkarı və pianoçusu  Lüdviq van Bethoven klassik musiqi dünyasının ən məşhur və sevilən nümayəndələrindən biridir. Musiqi tarixində böyük iz qoymuş dahi sənətkar çətinliklərlə dolu bir həyat hekayəsinə sahibdir. "Çətinliklər möcüzələr yaradır" deyimi Bethovenin  musiqi həyatında öz əksini tapır. Onun insan ruhuna dərindən təsir edən. bənzərsiz əsərləri bu gün də ən çox dinlənilən klassik əsərlər arasında yer alır.  Bethovenin həyat və yaradıcılığı, özündən sonra gələn sənətkarlar üçün əsl musiqi məktəbi olmuşdur.
bethoven haqqında məlumat
Ailəsi və uşaqlığı
Bethoven 1770-ci il dekabrın 16-da Almaniyanın Bonn şəhərində anadan olub. Atası İohan van Bethoven sarayda musiqiçi, anası isə qulluqçu işləyirdi. Buna baxmayaraq, ailə atasının içkiyə aludə olması səbəbindən dolanmaqda çətinlik çəkirdi .Ailədə 8 uşaq idilər. Onlardan üçü kar, ikisi görmə əngəlli, biri isə əqli qüsurlu idi..Bethoven, atasının sərt nizam-intizamı və ailədəki maddi çətinliklər kimi çətinliklərə rəğmən, musiqiyə olan sevgisini və əzmini qoruyub saxlamışdır.

 Kiçik amma sehrli barmaqlar
Bethoven hələ 4 yaşında atasının təkidi ilə pianoda ifa etməyə başlayıb. Barmaqları düymələri çala bilməyəcək qədər kiçik olan Lüdviq işində səhvlərə yol verdiyi zaman şiddətə məruz qalır, ancaq göz yaşları içində işləməyə davam etmək məcburiyyətində qalır. O, hələ 18 yaşında olmasına baxmayaraq,  kilsədə pianoda ifa edərək ailəsinə maddi yardım edirdi. Bethoven həmçinin abunəli konsertlər təşkil edir, yazdığı əsərləri naşirlərə sataraq pul qazanırdı.
İlk əsəri 13 yaşında çap olunub!
1778-ci ildə xalq qarşısında çıxış edən Bethoven 1779-cu ildə Milli Teatrın bədii rəhbəri olmuş musiqiçi Kristian Qotlob Nifedən dərs almağa başlayır. Onun köməyi ilə 1783-cü ildə ilk əsəri olan «the Nine Variations on a march WoO 63» nəşr olundu. İlk üç sonatasını elə həmin ildə bəstələyib. Hofkapelle saray orkestrində orqan çalmağa başladı. Müəllimi Nife adından söz etdirməyə bacaran Lüdviq üçün kifayət yetərli olmadığını anladı və onu Avstriyanın paytaxtı Vyanaya Motsartın yanına göndərdi  .
“Bu uşağa diqqət yetirin, bir gün bütün dünya onu tanıyacaq”
Motsart bir axşam Bethovenə dərs deyərkən dostlarını evində toplayaraq dedi: “Bu uşağa diqqət yetirin, bir gün bütün dünya onu tanıyacaq”. Motsart kimi böyükü musiqi dahisinin bu  sözləri işlətməsi, 10 yaşlı Bethovenin gələcəyindən xəbər verirdi.  
Sonradan Anasının xəstəliyi getdikcə pisləşdiyi üçün o,  Bonna qayıtmalı olur. Bir neçə gün sonra anası həyatını itirir. Atası isə dövlət işindən çıxdığı üçün evin məsuliyyətini öz üzərinə götürməli olur. O, 22 yaşına qədər Qraf Valşteynə məxsus orkestrdə viola çalır. 
Bethoven 1792-ci ildə Vyanaya qayıdanda Motsartın vəfat etdiyini öyrəndi. Bundan sonra klassik musiqi bəstəkarı Cozef Haydn ilə işləməyə başladı. O, əvvəlcə pianoçu kimi tanınsa da, sonradan bəstələri ilə diqqət çəkir. Avstriyalı məşhur və nəcib insanlarının musiqiyə olan marağına görə şahzadə Karl Lixnovski və həyat yoldaşı Bethoveni müəyyən ödəniş qarşılığında evlərinə aldılar. Beləliklə, o, bütün Vyanada  zəngin və elit ailələr tərəfindən daha da tanınmağa başlayır.

Zamanla eşitmə qabiliyyətini itirən dahi
 1795-ci ildə eşitmə problemi yaşamağa başladı. B­u  onun həyatına, eləcə də musiqi yaradıcılığına dərindən təsir edir. Buna baxmayaraq, Bethoven 1799-cu ildə 1-ci simfoniyasını uğurla tamamladı. Qulaqları eşitməsə belə, yüksək musiqi duyumuna malik bir ruha sahib idi. Bu çətin dövrdə də Bethoven daxili dünyasındakı melodiyaları eşidərək və  hiss edərək əsərlərini yaratmağa davam edirdi. O, kar olmasına baxmayaraq, emosional və yenilikçi əsərlər yazaraq klassik musiqinin sərhədlərini aşmış.  musiqi dünyasında yeni səhifə açmağı bacarmışdı. Bu mübariz həyatı Bethoveni musiqi tarixində təkcə dahi kimi deyil, həm də insanın daxili gücünün və əzmarlığının bariz nümunəsi kimi qəbul edilir.
1802-ci ildə onun karlığı daha da artdı. Ağrıları artdıqca vəsiyyətnamə yazıb qardaşlarına göndərdi. Lakin o, tezliklə sağaldı və 36-cı 2 nömrəli simfoniyanı tamamladı. Üçlü konserti 1804-cü ildə tamamladı. Onun Napoleona həsr etdiyi 3-cü simfoniyası «Eroika» böyük rezonans yaratmışdı.
 
 
Bethoven bütün simfoniyalarını kar olduqdan sonra bəstələyib. O, 1811-ci ildə «Archduke Tirio» və 1813-cü ildə isə «Vellinqton Qələbəsi»ni bəstələyib. 1814-cü ildə skripkaçı Şuppansiq violonçel ifaçısı Linke ilə “Archduke Trio”nun fortepiano partiyasını ifa edərkən bütün tamaşaçılar onun eşitmədiyini anladılar. Bu, onun son tamaşaçılar qarşısındakı son çıxışı idi. Ətrafındakıların dediyinə görə, o, dişləri arasında taxta çubuğu    pianoya sıxaraq bəstə etdiyini deyirlər.

Bethovenin ən mühüm əsərləri:

  • “9. Simfoniya — Sevincin Qəhrəmanı”
  • “Moonlight Sonat — Ay işığı sonatası"
  •  «5th Symphony — 5-ci simfoniya»
  •  «Appassionata»
 
“9. Simfoniya — Sevincin Qəhrəmanı”
Bethovenin ən məşhur əsərlərindən biri olan 9-cu Simfoniya onun musiqisində inqilabi ruhu əks etdirir. Əsər dörd hissədən ibarətdir və xüsusən də sonuncu hissədəki “Ode to Joy” hissəsi insanlıq, qardaşlıq və azadlığın vəhdətini tərənnüm edən güclü mesajlar daşıyır. Bu simfoniya Bethovenin dühasını və musiqinin bəşəri dilini ən təsirli şəkildə ifadə edir.
 
“Moonlight Sonat — Ay işığı sonatası"
“Ay işığında sonatası” Bethovenin ən məşhur piano əsərlərindən biridir. Əsər romantik dövrün təsirini daşımaqla yanaşı, həm də bəstəkarın emosional dərinliyini, həzinliyini əks etdirir. Adını əsərin həzin və təsirli melodiyasından alan bu sonata klassik musiqinin ölməz əsərlərindən sayılır.
 
 «5th Symphony — 5-ci simfoniya»
 Bethovenin 5-ci simfoniyası musiqinin gücünü və ifadə azadlığının vacibliyini vurğulayan şah əsərdir.
 
 «Appassionata»
“Appassionata” Bethovenin fortepiano repertuarındakı ən ehtiraslı və təsirli əsərlərdən biridir. Dərin emosional ifadələr, sürətli keçidlər və texniki ustalıq bu sonatanı digərlərindən fərqləndirir. Appassionatada bəstəkar emosional intensivliyi və dramatik ifadəni ustalıqla birləşdirərək unudulmaz fortepiano əsəri yaradıb.

Bethoven haqqında az bilinən maraqlı faktlar

  • Məşhur sənətçi gününün çox hissəsini kofe içməklə keçirir və tez-tez qəhvəsini diqqətlə hazırlayırdı.
  • O, tez-tez gecələr işləyirdi, saatlarla öz bəstələri üzərində fikirləşir və təkrar-təkrar oxuyurdu. Bu gərgin iş intizamı onun əsərlərinin dərinliyində və mürəkkəbliyində əks olunur.
  • Bethovenin qidalanma tərzi olduqca nizamsız idi. O, tez-tez günlərlə ac qalır, yalnız qəhvə içir və fərqli saatlarda yemək yeyirdi.
  • Bethovenin ilk musiqi müəllimi onun musiqi karyerasına başlamasında böyük təsiri olan Kristian Nife olmuşdur.
 

Həyatının son anları və Ölümü

Bethoven heç vaxt evlənməyib. Lakin şayiələrə görə, o, “Diabelli variasiyaları” əsərini Frankfurtlu tacirin həyat yoldaşı Antoni Brentanoya, yəni “Ölməz eşq”inə həsr edib. Ən məşhur əsəri, 1824-cü ilin fevralında tamamladığı 9-cu simfoniya 1824-cü il mayın 7-də Vyanada verdiyi konsertdə səsləndirildi. Konsert simfoniyadan sonra tamaşaçıların uzun sürən alqışları ilə kəsildi. Təbii ki, Bethoven nə simfoniyanı, nə də alqışları eşidə bilmirdi. Martın 24-də komaya düşən böyük sənətkar 1827-ci il martın 29-da dünyasını dəyişdi. Dəfn mərasiminə təxminən 30 min adam qatılmışdı. Rəssamın Vahrinq qəbiristanlığında dəfn edilən məzarı 1888-ci ildə Vyana Mərkəzi Qəbiristanlığında Şubertin yanına köçürülüb.
 Onun çətinliklərlə dolu həyatı və buna rəğmən bəstələdiyi böyük əsərlər özündən sonra bir çox insana ilham mənbəyi olmuşdur. Bethovenin həyat hekayəsi bir daha sübut edir ki, əslində qüsurlar insana öz istedad və potensialını kəşf etməsinə kömək edir. 
 

0 şərh